Şirkətimiz haqqında.

Atiker Metal Inc.

1970-ci ildə Məhəmməd Əli Atiker tərəfindən yaradılmışdır. O dərin su buruqlarının quraşdırılmasında istifadə olunan polad boruların hazırlanması ilə məşğul olmuşdur. Texnoloji dəyişiklikləri və bazar tələblərini nəzərə alaraq Atiker Metal Inc. şirkəti öz inkişaf istiqamətini dəyişərək, polad boruların istehsalından avtomobil çənlərinin hazırlanmasına, sonra isə maye avtoqaz sistemlərinin istehsalına keçmişdir. Uzun illərdir bir çox ölkələrdə nümayəndəliklər yaradan şirkət fəaliyyətdə olduğu bazarlarda liderliyi ələ keçirmişdir.

Atiker Azərbaycan

Şirkət daimi inkişaf planının bir hissəsi kimi 2017-ci ildən etibarən Azərbaycan bazarında da fəaliyyət göstərməyə başladı. Bütün dünyada qazandığı çoxillik təcrübə sayəsində şirkət ölkəmizdə də qısa müddətdə sürücülərin rəğbətini qazanmışdır. Bunun əyani nəticəsi kimi 2018-ci ildə Atiker Azərbaycan şirkəti ikinci filialını dəyərli müştərilərin istifadəsinə vermişdir.

Şirkətin nailiyyətləri