Zəmanət xidmətinin şərtləri.

Atiker şirkəti bütün mallarına gedilən məsafədən asılı olmayaraq 2 il zəmanət verir.

Zəmanətdən istifadə üçün vacib olan şərtlər:

  • LPG quraşdırılması barəsində aktın əsli
  • Zəmanət kitabçasının düzgün doldurulmuş əsli
  • Zəmanətin təqdimat şərtlərinin yerinə yetirilməsi
  • LPG üzərində zəmanət möhürlərinin olması (satış tarixinin göstərilməsi şərti ilə)

LPG texniki qulluq və onların təmiri həmin avadanlığı quraşdıran şirkət tərəfindən aparılır. Həmin şirkət və ya onun nümayəndəsi zəmanət işlərini də yerinə yetirməlidir. İşlərin keyfiyyətinin məsuliyyətini o işləri yerinə yetirən şirkət daşıyır.

Aşağıdakı hallarda zəmanət verilmir:

  • Qaz yanacağında işləmək üçün yararlı avtomobillərə qulluq haqqında qısa təlimatda göstərilmiş LPG istismar şərtlərinin pozulması zamanı
  • Qazla işləyən avadanlığın üzərində kənardan müdaxilə və ya təmir izləri
  • Avtomobilin texniki göstəricilərinin qeyri-qənaətbəxş olması nəticəsində qaz avadanlıqlarının düzgün işləməsi mümkün deyil (yüksək gərginlik naqilləri, qığılcım şamları, lambda-zond və s.
  • Qaz avadanlığının özbaşına tənzimləmə faktlarının aşkarlanması
  • Müəyyən məsafə getdikdən sonra avtomobilin texniki qulluğunun vaxtı gecikdirilməsi (Bu haqda servis kitabında qeydlər olmadıqda)
  • Aşağı keyfiyyətli qazın və ya keyfiyyətsiz filtrlərin istifadəsi nəticəsində avadanlığın sıradan çıxması.

Vacibdir!!!

Atiker şirkətinin LPG-sinin quraşdırılması və onlara qulluğu, bu işlərin aparılması üçün xüsusi lisenziyası olan şirkət həyata keçirməlidir. Təhlükəsizlik və zəmanətdən istifadə məqsədi ilə müştəriyə özbaşına hər hansı təmir işləri aparmaq qadağandır. Əks halda siz zəmanəti itirə, özünüzə və / və ya ətraf mühitə ziyan verə bilərsiniz. Çünki sizin LPG təmirində heç bir lazımi səriştəniz yoxdur. Atiker markalı balonların istifadə müddəti 10 ildir. Bu müddətdən sonra balon yenisi ilə əvəz olunmalıdır.